...

Azərbaycan neftinin qiyməti artıb

Siyasət Materials 1 Sentyabr 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin avqustun 29-da qiyməti 1 barel üçün 116,36 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barrel üçün 0,41 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın avqustun 29-da qiyməti 1 barel üçün 114,54 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,14 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Avqustun 29-da URALS neftinin qiyməti 1 barel üçün 111,25 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,04 dollar artıqdır.

Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünün avqustun 29-da qiyməti 1 barel üçün 113,55 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,15 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti