Azərbaycan prezidenti İlham Əliyev
təhsil müəssisələrində çalışan
işçilərin sosial müdafiəsini daha da
gücləndirmək və onlara dövlət qayğısını
artırmaq məqsədi ilə sərəncam imzalayıb.
Sərəncama əsasən dövlət
büdcəsindən maliyyələşdirilən təhsil
müəssisələrində (ali təhsil
müəssisələri istisna olmaqla) çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə
müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları
2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz
artırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.