...

BMT Əfqanıstanın Şendend şəhərində zərər çəkmişlərə yardım göstərilməsi işinə özü nəzarət edir

Siyasət Materials 2 Sentyabr 2008 13:37 (UTC +04:00)

Əfqanıstan, Kabil, 02 sentyabr / Trend A.Həkimi / BMT Əfqanıstanın Herat vilayətinin Şendend şəhərində baş vermiş son hadisələr zamanı zərər çəkmişlərə yardım göstərilməsi üzərində nəzarəti özü həyata keçirir.

Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, BMT-nin Kabildəki ofisi açıqlamasında bildirib ki, BMT Əfqanıstanın Şendend şəhərinin Noabad kəndindəki 150 zərər çəkmiş ailə üçün ərzaq məhsulları, mətbəx avadanlığı və çadırdan ibarət yardım göndərib. BMT-nin Əfqanıstandakı nümayəndəliyi bu ölkədə BMT-nin nəzarəti altında fəaliyyət göstərən bütün təşkilatlardan Şendend şəhərindəki zərər çəkmişlərə yardımları artırmalarını xahiş edib.

ABŞ hərbi qüvvələrinin avqust ayının sonlarında Herat vilayətinin Şendend şəhərində keçirdiyi hərbi əməliyyat zamanı 100-dən artıq dinc sakin həlak olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti