...

RF və Aİ qarşılıqlı münasibətlərdə maraqlıdırlar – RF XİN

Siyasət Materials 2 Sentyabr 2008 17:05 (UTC +04:00)
RF və Aİ  qarşılıqlı münasibətlərdə maraqlıdırlar – RF XİN

Rusiya, Moskva, 02 sentyabr/ Trend müxbir R.Ağayev/ Aİ-yə üzv əksər ölkələr bazar ertəsi Brüsseldə keçirilən sammitdə Rusiya ilə əməkdaşlığın qarşılıqlı faydalı olduğunu dərk edərək, bu ölkə ilə tərəfdaşlıq kursunu təsdiqləyiblər, -RF XİN -in rəsmi nümayəndəsi Andrey Nesterenko çərşənbə axşamı Moskvada brifinqdə bildirib.

"Bizim tərəfdaşlığımızın bütün kompleksi müxtəlif məsələlər üzrə fikir ayrılıqlarının əsiri olmamalıdır və onu təhlükə altına qoymaq ehtiyatsızlıq olardı", - Nesterenko bildirib.

Nesterenkonun sözlərinə görə, RF və Aİ qarşılıqlı münasibətlərdə maraqlıdırlar. "Rusiya və Aİ-nin müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı üçün kifayət qədər imkan var", - Nesterenko əlavə edib.

Xəbər lenti

Xəbər lenti