...

Misirin Azərbaycana yeni təyin olunan səfiri etimadnaməsini XİN başçısına təqdim edib

Siyasət Materials 2 Sentyabr 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Misirin Azərbaycana yeni təyin olunan səfiri Sabir Mansur çərşənbə axşamı etimadnaməsini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə çərşənbə axşamı Trend -a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mansur Misir xalqı ilə oxşar mədəniyyətə, adət-ənənələrə, tarixi köklərə malik olan Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi duyduğunu ifadə edib.

Daha sonra tərəflər Azərbaycanla Misir arasındakı iqtisadi və siyasi münasibətlərin uğurlu inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Yeni səfir Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini xatırladaraq, ikitərəfli münasibətlərin irəliləməsində bütün səylərini göstərəcəyini bildirib.

Məmmədyarov Azərbaycan tərəfinin də bu məhsuldar əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti