...

Azərbaycan prezidenti Vyetnamın dövlət başçısına təbrik məktubu göndərib

Siyasət Materials 2 Sentyabr 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Vyetnamın milli bayramı- Müstəqillik günü münasibətilə bu ölkənin rəhbəri Nquyen Minh Çietətəbrik məktubu göndərib. "Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm",- deyə məktubda qeyd olunub. Prezident Azərbaycan ilə Vyetnam arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının daim iki xalqın mənafelərinə xidmət edəcəyinə əmin olduğunu bildirib: "Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Vyetnam xalqına sülh və tərəqqi diləyirəm".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti