...

Moskva Rusiya və Gürcüstanın münasibətlərini anomal hal kimi nəzərdən keçirir – RF Baş qərargah rəisinin müavini

Siyasət Materials 3 Sentyabr 2008 15:22 (UTC +04:00)
Moskva Rusiya və Gürcüstanın münasibətlərini anomal hal kimi nəzərdən keçirir – RF Baş qərargah rəisinin müavini

Rusiya, Moskva, 03 sentyabr/ Trend , müxbir R.Ağayev/ Moskva Rusiya və Gürcüstanın münasibətlərindəki vəziyyəti anomal hal kimi nəzərdən keçirir, RF Baş qərargah rəisinin müavini Andrey Nesterenko çərşənbə günü Moskvada brifinqdə bildirib.

"Gürcüstan tərəfi bizim münasibətlərimizin gələcəyi haqqında düşünməliydi. Biz münasibətləri korlamaq istəmirik", - Nesterenko bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin bəyanatları bəzən gürcü dilinə deyildiyindən daha sərt formada tərcümə edilir. Nesterenko hesab edir ki, anti-rusiya kampaniyası ən qızğın vaxtındadır.

"Gürcüstan millətçiliyi inkişaf etdirməyə çalışır. Rusiya telekanalları və təxminən bütün rusdilli saytlar işlərini dayandırıb. Rusiya kanallarının blokadası ilə KİV-in yayılması üzrə beynəlxalq hüquq pozulur", - Nesterenko hesab edir.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti