...

Azərbaycanın müxalifət partiyası Türkiyə prezidentini Ermənistana səfərindən imtina etməyə çağırır

Siyasət Materials 3 Sentyabr 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir C.Babayeva/ Müxalif Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Türkiyə prezidenti Abdullah Gülü Ermənistana səfərindən imtina etməyə və Türkiyə-Ermənistan sərhədlərini açmamağa çağırıb. "Prezident Gülün futbol matçını izləmək üçün Ermənistana səfər etməsi ilə bağlı son günlərdə yayılan məlumatlar Azərbaycan millətçilərini dərindən narahat edir. Doğrudanmı, bu günkü Türkiyə iqtidarı son 17 ildə bərpa olunmuş və möhkəmlənmiş Türkiyə -Azərbaycan birliyinin üzərindən bir anda xətt çəkmək iradəsindədir", - deyə AMDP-nin çərşənbə günü Trend -a daxil olan bəyanatında bildirilib.

Trend -un arayışı: Ermənistan prezidenti Serj Sarkisyan, Gülü sentyabrın 6 - da Yerevanda keçiriləcək Ermənistan və Türkiyə futbol yığma komandalarının oyununa dəvət edib.

Azərbaycan, Türkiyə və Ermənistan ictimaiyyəti, Türkiyənin diplomatik münasibətləri olmayan Ermənistan prezidentinin dəvətini qəbul edib-etməyəcəyini diqqətlə izləyir.

Ermənistan ilə Türkiyə arasında diplomatik münasibətlər yoxdur, Ermənistan-Türkiyə sərhədi 1993- cü ildən bağlıdır. Ankara ikitərəfli əlaqələrin bərpa edilməsi üçün Ermənistanı Osmanlı İmperiyasında törədilməsi bildirən "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması siyasətindən əl çəkməyə, Türkiyənin sərhədlərini tanımağa və Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə çağırır.

AMDP Abdullah Gülün Ermənistana səfərini Azərbaycana xəyanət kimi qiymətləndirir. "Gürcüstanda baş verən hadisələr, Cənubi Qafqazda yeni gerçəklik yarandığı, Ermənistanın yalnız İran sərhədinə çıxışının qaldığı bir məqamda, Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında yeni imkanlar açıla biləcəyi bir vaxtda, Türkiyə bu jesti ilə Azərbaycana xəyanət etmək istəyir", - deyə bəyanatda bildirilib.

Trend -un arayışı: AMDP 1993 - cü ildə yaradılıb və ilk adı "Boz Qurd" olub. 1994 - cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 1995- ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək, "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999 - cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiyanın keçmiş sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 1995 -2004 - cü illərdə həbsdə olub. 15 il azadlıqdan məhrum edilən Həmidov 2004 - cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Bu ilin aprelində İsgəndər Həmidov partiya sədrliyindən istefa verib. O, istefasını partiyada sədrliyə layiq şəxslərin olması və onlara yol açmaq istəməsi ilə izah edib. AMDP-nin nöbvbədəkənar IV qurultayında Böyük Məclis sədri Tufan Kərimli partiyanın sədri seçilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti