...

Azərbaycan parlamentinin komissiyası dörd qanun layihəsi hazırlayıb

Siyasət Materials 5 Sentyabr 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Regional məsələlər daimi komissiyası qanunverici orqanın payız sessiyasında müzakirə olunmaq üçün dörd qanun layihəsi hazırlayıb. Bu barədə Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında komissiya sədri Arif Rəhimzadə məlumat verib.

Trend -un arayışı: Parlamentin yaz sessiyası dövründə Regional məsələlər daimi komissiyası tərəfindən hazırlanan 22 qanun və 2 qərar layihəsi qəbul olunub.

Parlamentin payız sessiyası oktyabrın 1-də başlayır, dekabrın 30-da başa çatır.

Rəhimzadənin sözlərinə görə, yeni hazırlanan "Ərazi quruluşu və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında", "Azərbaycanın ərazi vahidləri və inzibati ərazi dairəsinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında qanuna edilmiş Azərbaycan bələdiyyələrinin siyahısına bəzi əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihələridir. Dördüncü qanun layihəsi isə Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqındadır.

İclasda komissiyanın payız sessiyası üçün qanunvericilik planı təsdiqlənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti