Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda müxalifətin Demokratik Seçki Mərkəzi (DSM) fəaliyyətinə müvəqqəti fasilə verib.
Azərbaycanın Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu cümə günü Trend -a bildirib ki, bu barədə qərar DSM-in cümə günü keçirilən iclasında qəbul edilib.
Yanvarda yaradılan DSM - də 9 partiya təmsil olunur - Azərbaycanın Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Milli-Demokrat, Açıq Cəmiyyət, Böyük Azərbaycan, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Təkamül, Yaşıllar partiyası və Böyük Quruluş partiyası.
"Prezident seçkisi ilə əlaqədar Mərkəz fəaliyyətini müvəqqəti dayandırıb. O, prezident seçkisinin sonunadək fəaliyyət göstərməyəcək", - Mirəlioğlu bildirib.
Onun sözlərinə görə, Demokratik Seçki Mərkəzinin formatı dəyişməyib. "Gündəlikdə formatın dəyişdirilməsi məsələsi olmayıb", - Mirəlioğlu bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]