...

Türkiyədəki Azərbaycan dərnəkləri Gülün Yerevan səfərini pisləyir

Siyasət Materials 5 Sentyabr 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbirR.Hafizoğlu/ Türkiyədəki Azərbaycan dərnəkləri Federasiyası Türkiyə prezidenti Abullah Cülün Yerevan səfərini pisləyən Bəyanat qəbul edib. Bu barədə Federasiyadan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə cümə günü məlumat verilib.

Bəyanatda deyilir:"İdmanın dünya dövlətləri və xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfələr danılmazdır və bu baxımdan idman yeni dünya düzənində ümümbəşəri dəyərə çevrilib. Bu reallıqla razılaşan qurum olaraq, TADF Türkiyə və Ermənistan futbol komandalarının Yerevanda keçiriləcək oyununa heç bir etiraz bildirmir. Lakin TADF hesab edir ki, hər hansı ümumbəşəri dəyər Türkiyənin bölünməzliyindən üstün ola bilməz".

Bəyanatda daha sonra deyilir: "Az qala hər gün Şərqi Anadolunun qərbi Ermənistan torpağı olduğunu dünyaya car çəkən ermənilər tanımadıqları sərhədlərimizi açmağı bizdən tələb edə bilməzlər. Ağrı Dağını Ararat adlandıraraq onu dövlət herbində əks etdirən, ata-babalarımızı "soyqırım" törətməkdə təqsirləndirən, qardaş Azərbaycanın ərazisinin 20 faizini işğal edərək insanları qətliam edən, Qarabağda "qondarma" dövlət yaradan ermənilər "ümumbəşəri dəyər" arxasında gizlənib bizi dostluğa dəvət edə bilməzlər".

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının yaydığı bəyanatda qeyd olunur ki, Ermənistan rəhbərliyinin Türkiyə prezidentini Yerevana dəvət etməsi Azərbaycanı təkləmək və Qafqazdakı mövcud böhrandan "güclü Ermənistan" naminə yararlanmaq məqsədi daşıyır.

Bəyanat bu fikirlə tamamlanır: "Biz ictimaiyyətin önəmli bir təbəqəsi olaraq, bu "matç izləmə dəvəti"nin ölkəmizin ali mənafelərinə uyğun olmadığını düşünürük".

Xəbər lenti

Xəbər lenti