...

İndi regionda təhlükəsizliyə görə məsuliyyət Aİ-nin üzərinə düşür – RF XİN

Siyasət Materials 9 Sentyabr 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend , müxbir A. Qasımova/ İndi regionda təhlükəsizliyə görə məsuliyyət Aİ-nin üzərinə düşür və təxribatlar olarsa, onlar Aİ-yə qarşı yönələcək, RF xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Moskvada bildirib, "Vesti" telekanalı xəbər verir.

"Güc tətbiq edilməməsinə zəmanət Aİ-nin adından verilib və müşahidəçilərin qarşıya qoyulan vəzifələri icra etmələri üçün nə etməli olduğuna Aİ özü qərar verəcək", - Lavrov bildirib.

Onun sözlərinə görə, Abxaziya və Cənubi Osetiyadakı Rusiya qoşunları bu ərazilərdə uzun müddət qalacaqlar: "Təkrar cinayətlərə yol verməmək üçün yaxın dövrlərdə bu zəruridir".

"Problemin bütün tarixini bilərək sakinlər arasında yeni qurbanlara yol verməməliyik və bizim Silahlı Qüvvələrimiz bunu təmin edəcəklər", - nazir əlavə edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti