...

Azərbaycan parlamentinin komissiyası Rusiya ilə strateji tərəfdaşlıq sazişinin ratifikasiyasını təxirə salıb

Siyasət Materials 9 Sentyabr 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası Rusiya ilə dostluq və strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya etməyi təxirə salıb.

"Bu məsələni sonra ciddi müzakirə edəcəyik", - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında komissiyanın sədri Səməd Seyidov bildirib.

Trend -un məlumatına görə, komissiyanın gündəliyinə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında" Bəyannamənin təsdiq edilməsinə dair" qanun layihəsinin müzakirəsi ilə bağlı məsələ daxil edilib. Lakin iclas başlayanda məsələ gündəlikdən çıxarılıb.

Komissiyanın iclasında "Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi, "Azərbaycanla Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında" Bəyannamə, Azərbaycan hökuməti ilə Türkmənistan, İordaniya, İndoneziya, Koreya hökumətləri arasında imzalanan sazişlər təsdiqlənib və bu sənədlərin parlamentin oktyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.

"Bu layihələr Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərini əks etdirir", - deyə Seyidov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti