...

Gürcüstandakı Rusiya sülhməramlıları yalnız beynəlxalq müşahidəçilərlə əvəz olunduqdan sonra bu ölkədən çıxarılacaq – RF XİN

Siyasət Materials 10 Sentyabr 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr/ Trend , müxbir V.Javronkova/ Rusiya sülhməramlılarının Gürcüstandan getməsi üçün Avropa İttifaqının addım atması lazımdır. 200 nəfəri Aİ-dən olan beynəlxalq müşahidəçilər real olaraq yerləşdirilərsə, Rusiya sülhməramlıları bu ölkədən çıxarılacaq", - RF xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Moskvada bildirib, "Vesti" telekanalı xəbər verir.

"Beynəlxalq müşahidəçilər Abxaziya və Osetiyanın sərhədlərində işləyəcək. Bilavasitə regionların daxilində BMT və ATƏT müşahidəçiləri işləyir", - Lavrov bildirib.

Onun sözlərinə görə, Abxaziya və Osetiya daxilindəki Rusiya sülhməramlılarına gəldikdə isə, onlar sülhməramlı funksiya yerinə yetirmirlər, bu müstəqil respublikaların hissələrinin bölmələridir və onların "Gürcüstan tərəfdən istənilən təcavüzdən müdafiəsi" üçün nəzərdə tutulub.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti