...

RF regionda strateji xətlər çəkməməlidir – ABŞ Dövlət katibi müavininin köməkçisi

Siyasət Materials 11 Sentyabr 2008 12:21 (UTC +04:00)
RF regionda strateji xətlər çəkməməlidir – ABŞ Dövlət katibi müavininin köməkçisi

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir A.Qasımova/ ABŞ, Rusiyanın Gürcüstana hücum etməsi şəraitində aşağıdakı əsas vəzifələrə riayət edir: Gürcüstanın dəstəklənməsi, Rusiyanın Gürcüstanın parçalanması və Cənub enerji dəhlizinin pozulmasına dair strateji məqsədlərinin zəiflədilməsi və Birləşmiş Ştatların geniş regiondakı dost və tərəfdaşlarını dəstəkləməsi, cümə axşamı ABŞ Dövlət Departamentində çıxış edən Dövlət katibi müavininin köməkçisi Metyu Brayza bildirib.

"Əvvəla, biz Gürcüstanı dəstəkləməliyik. Biz humanitar problemlərin həllinə, Gürcüstan iqtisadiyyatının davamlılığına və iqtisadi artımın dəstəklənməsinin bərpasına, gürcü xalqının liderlərini seçmək və dəstəkləmək haqqında demokratik hüququnun qorunmasına, onlara ölkənin daxili siyasi sisteminin xərcləri və balansının möhkəmləndirilməsində yardım göstərməyə səy göstəririk", - Brayza bildirib.

Onun sözlərinə görə, ABŞ artıq Gürcüstanın humanitar tələblərinin həlli üzrə təcili addım atıb.

"Bizim ikinci əsas vəzifəmiz Avropadan keçən xəttin çəkilməsi, bu xətdən o tərəfdəki ölkələrin Moskvanın "təsir dairəsinə" məxsus olması və buna görə də Avropanın böyük institutları və transatlantik ailəsinə qoşula bilməyəcəklərinin bəyan edilməsi fikrindən Rusiyanın çəkinməsi barədə xəbərdarlıq etməkdir", - Brayza bildirib. Onun sözlərinə görə, prezident Medvedyev bir müddət əvvəl bəyan edib ki, Rusiyanın xarici siyasət prinsipləri belə iddiaları nəzərdə tutur.

"Üçüncüsü, biz digər ölkələrin Rusiya periferiyasında fəaliyyət yollarını öyrənməli və Rusiyanın Gürcüstana hərbi hücumu ilə yaranan bir sıra imkanlardan istifadə etməliyik", - diplomat qeyd edib.

Brayzanın sözlərinə görə, hər şeydən əvvəl Rusiya üçün "bulanıq suda balıq tutmaq" imkanlarını aradan qaldırmaq lazımdır. "Bunu etməyin ən yaxşı üsulu bütün region ərzisində gərginliyin azalması və münaqişələrin tənzimlənməsi üçün səylərimizi iki qat artırmaqdan ibarətdir", - o əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti