...

Azərbaycanın müxalifət partiyası sədrinin prezidentliyə namizədliyi qeydə alınıb

Siyasət Materials 11 Sentyabr 2008 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) cümə axşamı keçirilən iclasında müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təsdiq olunub.

MSK katibi Natiq Məmmədovun bildirdiyinə görə, Həsənquliyev 84 seçki dairəsindən 44 166 imza təqdim edib. "Yoxlanma zamanı təqdim olunmuş imzaların 41 125-i etibarlı sayılıb", - deyə o bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisçi oktyabrın 15-də keçiriləcək. Bu günə qədər MSK Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlunun namizədliklərini təsdiqləyib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti