...

Gürcüstan və İran arasında ikitərəfli münasibətlər nəzərdən keçirilib

Siyasət Materials 11 Sentyabr 2008 19:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Sentyabrın 11-də Gürcüstanın Xarici İşlər Nazirliyində nazir müavini Qriqol Vaşadze İran İslam Respublikasının ölkədəki səfiri Muctəba Dəmirçili ilə görüşüb.

Gürcüstan XİN-in nəşr və mətbuat Departamentindən verilən məlumata görə, ölkələr arasında mövcud ikitərəfli münasibətlər və onların gələcək inkişaf perspektivi üzrə məsələlər müzakirə olunub.

Vaşadze səfiri Gürcüstana qarşı həyata keçirilən Rusiya təcavüzü, ölkə ərazilərinin işğalı və etnik təmizləmə faktları barədə ətraflı məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti