...

Stoqholmda Azərbaycan-İsveç iqtisadi əlaqələrinin gələcəyi müzakirə ediləcək - səfir

Siyasət Materials 12 Sentyabr 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir R.Novruzov/ Azərbaycan və İsveç arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları iki ölkənin iş adamlarının iştirakı ilə keçiriləcək biznes-forumda müzakirə ediləcək. Biznes-forum sentyabrın 16-da Stoqholmda Azərbaycanın sərmayələrin təşviqi və ixracı (AZPROMO) təşkilatının və Azərbaycanın İsveçdəki səfirliyinin, eləcə də  İsveç SEBbank-nın təşkilatçılığı ilə keçiriləcək, - cümə günü Trend -a Stoqholmdan telefonla Azərbaycanın bu ölkədəki səfiri Rafael İbrahimov deyib.

İki ölkə arasında ticarət-iqtisadi, bank, maliyyə, informasiya-kommunikasiya sahələrində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi palnlaşdırılıb, - səfir bildirib. Biznes-forumda Azərbaycan tərəfdən 15 aparıcı şirkət nümayəndələrinin iştirakı gözlənilir. İsveç forumda 25 şirkət ilə təmsil ediləcək. Onlardan 19-u forumun işində iştirakını artıq təsdiq edib.

Forumda İsveçin ticarət naziri Eva Borlinqin  (Eva Bjorling) çıxışı gözlənilir, - səfir bildirib. Azərbaycan tərəfdən Stoqholma AZPROMO-nun prezidenti Emil Məcidov, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin rəsmi nümayəndələri səfər edəcəklər.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ilk yarımildə Azərbaycan və İsveç arasında mal dövriyyəsi $72 milyondan çox olub.

Xəbər lenti

Xəbər lenti