...

Azərbaycan prezidenti Moskvaya gəlib

Siyasət Materials 15 Sentyabr 2008 23:27 (UTC +04:00)

Rusiya, Moskva, 15 sentyabr/ Trend müxbir R.Ağayev/ Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin dəvəti ilə sentyabrın 15-də axşam saatlarında Moskvaya işgüzar səfərə gəlib.

Moskvanın "Vnukovo-3" hava limanında Azərbaycan dövlətinin başçısını Rusiya Federasiyasının rəsmi şəxsləri qarşılayıblar.

Sabah Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində RF prezidenti Medvedyevlə görüşü nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti