Azərbaycan, Bakı, 16 sentyabr/ Trend / Avropa İttifaqının genişlənməsi məsələləri üzrə rəsmi nümayəndəsi Olli Reyn Türkiyədə konstitusiya islahatlarının keçirilməsinə ehtiyac olduğunu bildirib. Bu haqda Türkiyənin "Dünyabülteni" informasiya agentliyi məlumat verib.
Brüsseldə keçirilən Türkiyə-Avropa İttifaqı Üçlüyü xarici işlər nazirlərinin görüşü çərçivəsində Aİ-nin məsul nümayəndəsi Türkiyəni ölkədə konstitusiya islahatları keçirməyə çağırıb. Reyn Gürcüstan-Osetiya hərbi qarşıdurmasından sonra Türkiyənin Aİ üçün strateji əhəmiyyətinin bir daha gündəmə gəldiyini qeyd edib. "Avropa İttifaqı və Türkiyənin ümumi problemləri birlikdə həll etməsi hər iki tərəfin strateji maraqlarına xidmət edir", - deyə Reyn bildirib.