...

İran Qafqazda sabitliyi bərqərar etmək üçün strategiya təklif etməyə hazırlaşır

Siyasət Materials 16 Sentyabr 2008 14:05 (UTC +04:00)

İran Cənubi Qafqazda stabillik və təhlükəsizliyin bərqərar olması üçün strategiya təklif etməyə hazırlaşır. "İran çalışır ki, fikir mübadiləsi aparmaqla regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün münasib strategiya əldə etsin", - deyə İranın xarici işlər naziri Mənuçöhr Müttəki çərşənbə axşamı Almaniyanın XİN rəhbəri Frank Valter Ştaynmayerlə görüşündə bildirib.

Müttəki əlavə edib ki, Azərbaycan və Rusiya ilə bu məsələyə dair fikir mübadiləsi artıq aparılıb və Ermənistan xarici işlər nazirinin İrana səfəri zamanı onunla də bu mövzu ətrafında fikir mübadiləsi aparılacaq.

Ştaynmayer bildirib ki, Almaniya Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi tərəfdarıdır və bu istiqamətdə irəli sürülən hər bir təklifi dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti