...

Avropa İttifaqının komissarı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin zəruriliyini vurğulayır

Siyasət Materials 17 Sentyabr 2008 15:21 (UTC +04:00)
Avropa İttifaqının komissarı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin zəruriliyini vurğulayır

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir R.Novruzov/ Avropa İttifaqının (Aİ) xarici münasibətlər məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin zəruriliyini vurğulayır, Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim çərşənbə günü telefonla Brüsseldən bildirib.

"Mən Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar və dinc yolla həllini tam dəstəkləyirəm. Regiondakı sonuncu silahlı münaqişə bir daha göstərdi ki, güc tətbiq edilməsi münaqişələrin həllinə yardım etmir", - Aİ-nin komissarı Brüsseldə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib.

Görüş zamanı energetika sahəsində ikitərəfli əməkdaşlıq və Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı çərçivəsində Aİ və Azərbaycan arasında münasibətlərin gücləndirilməsi məsələləri müzakirə edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti