...

Əfqanıstanın bəzi nazirləri hesabat vermək üçün parlamentə dəvət olunacaqlar

Siyasət Materials 18 Sentyabr 2008 11:21 (UTC +04:00)
Əfqanıstanın bəzi nazirləri hesabat vermək üçün parlamentə dəvət olunacaqlar

Əfqanıstan, Kabil, 18 sentyabr / Trend A.Həkimi / Əfqanıstanın parlament nümayəndələri hökumətin bəzi nazirlərini hesabat vermək üçün parlamentə çağıracaqlar.

Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, nazirlərin bəzisi bundan öncə də hesabat vermək üçün parlamentə çağırılmış, lakin çağırışı cavablandırmamışdılar.

Milli Şura Məclisinin İqtisad Komissiyası Əfqanıstan Fövqəladə Hallar Nazirliyi rəsmilərinin parlamentin çağırışlarına biganə qalmalarını kəsikin tənqid edib. İqtisad Komissiyasının sədri Məhəmməd Davud Sultanzi bildirib ki, adıçəkilən nazirliyin rəsmiləri hesabat vermək üçün dəfələrlə parlamentə çağırılsalar da, çağırışa müsbət cavab verməyiblər.

Parlament nümayəndələri indiyədək Dixili İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Su İdarəsi rəsmilərinin də hesabat vermək üçün çağırışları qəbul etməmələrini tənqid ediblər.

Parlamentin katibi Əbdüsəttar Xəvassi bildirib ki, əgər adıçəkilən nazirliklər rəsmiləri Milli Şuranın çağırışını bir daha cavablandırmasalar, parlamentin ümumi iclasında hesabata dəvət olunacaqlar.

Ekspertlərin fikrincə, hökumət rəsmilərinin bu münasibəti parlamentə etibarı azaldır və nüfuzuna xələl gətirir. Hazırda Əfqanıstanda hökumət və parlament arasında olan ixtilaflar problem olaraq qalmaqdadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti