...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezidentliyə müxalifətdən olan namizədin vəkilliərini qeydə alıb

Siyasət Materials 19 Sentyabr 2008 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası müxalifəti təmsil edən Böyük Quruluş partiyasının sədri, prezidentdiyə namizəd Fazil Qəzənfəroğlunun vəkilliərini qeydə alıb. "Prezidentdiyə namizəd Fazil Qəzənfəroğlunun 50 nəfərdən ibarət vəkillərinin siyahısını Böyük Quruluş partiyası tərəfindən MSK-ya təqdim olunub", - deyə MSK- nın cümə günü keçirilən iclasında komissiya katibi Natiq Məmmədov bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayacaq və 28 gün davam edəcək.

İclasda İbrahim Məmmədovun MSK- da Böyük Quruluş partiyasını məşvərətçi səs hüququna malik üzv kimi təmsil edilməsinə dair qərar da qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti