...

Türkiyənin їTəhlükəsizlik Platformasıї ATƏT-in Minsk Qrupunu əvəz edə bilməyəcək

Siyasət Materials 20 Sentyabr 2008 11:15 (UTC +04:00)
Türkiyənin їTəhlükəsizlik Platformasıї ATƏT-in Minsk Qrupunu əvəz edə bilməyəcək

Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , E.Ostapenko/ Türkiyənin Qafqazda münaqişələrin həlli üzrə їQafqazda Təhlükəsizlik və Sabitlik Platformasıї Dağlıq Qarabağ Münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunu əvəz edə bilməyəcək.

їAnkaranın gözlənilmədən İrəvanla münasibətlərini qaydaya salmaq istəməsinə baxmayaraq, Türkiyə yenə də Ermənistan üçün ideal vasitəçi deyilї, - amerikalı politoloq Svante Kornell (Svante Cornell) Stokholmdan telefonla Trend -a bildirib.

Regiondakı ərazi münaqişələrinin nizamlanması Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək görüşündə müzakirələr predmeti olacaq.

Rusiya və Türkiyə sentyabrın ortalarında beş ölkə - Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan üçün їQafqazda Təhlükəsizlik və Sülh Platformasıїnın yaradılması Planının realizəsinə başlayıblar. Türkiyənin Qafqazda Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında ərazi münaqişələrinin tezliklə həllinə can atması bu platformanın yaradılmasının məqsədi olub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991- ci ildə tanınmamış Dağlıq Qarabağ Respublikasının yaradıldığını elan edilib ki, bu da tərəflər arasında hərbi əməliyyatların başlaması ilə nəticələnib. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon ї Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

ATƏT-in Minsk Qrupu 1992 - ci ildə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək məqsədilə yaradılıb.

Ekspertlər Türkiyənin təşəbbüsünün ATƏT-in Minsk Qrupunu əvəz edə bilməyəcəyinə bir neçə səbəb göstərirlər.

Ankaranın Ermənistan -Azərbaycan münaqişəsini həll etmək istəyi uğurla nəticələnməyəcək, belə ki, Ermənistanın özündə Türkiyəyə etibar etmirlər, - Mərkəzi Asiya və Qafqaz İnstitutunun (ABŞ) araşdırmalar üzrə direktoru Kornell hesab edir.

Azərbaycanlı politoloq Rasim Musabəyov Türkiyənin Qafqazdakı təşəbbüsünə şübhə ilə yanaşsa da, bu təşəbbüs vasitəsilə Ermənistan - Azərbaycan və Ermənistan Türkiyə münaqişələrinin münaqişəliliyinin azaldılması ehtimalının özünü böyük irəliləyiş hesab edir.

Onun rəyinə görə, ATƏT-in Minsk Qrupu çoxillik zəngin təcrübə qazanıb. Türkiyənin daha səmərəli rol oynayacağına etibar etmək, uzaqgörənlik olmazdı, - politoloq bildirib.

Qafqaz layihəsi aktual olsa da, onun reallaşacağı şübhə altındadır, türkiyəli politoloq Sinan Oğan hesab edir. їGürcüstan və Rusiya arasındakı problemlər bu layihənin realizəsinə mane olurї, - o güman edir.

Oğan güman edir ki, ATƏT-in Minsk Qrupunun gələcəyi sual altındadır. їATƏT-in Minsk Qrupunun taleyi sentyabrın sonunda Vaşinqtonda keçiriləcək danışıqlardan asılıdırї, - Oğan bildirib.

їYaxın perspektivdə Dağlıq Qarabağ probleminin həlli ilə ATƏT məşğul olacaq. Lakin düşünürəm ki, Minsk Qrupu digər qurumla əvəzlənəcəkї, - Kornell bildirib.

Məqalənin hazırlanmasında E.Tariverdiyeva, R.Hafizoğlu iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: - [email protected]

Xəbər lenti

Xəbər lenti