...

Azərbaycan prezidentinin qərb bölgəsinə səfəri Heydər Əliyev parkının ziyarəti ilə başlayıb

Siyasət Materials 24 Sentyabr 2008 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 24-də qərb bölgəsinə səfəri başlayıb.

Əvvəlcə Qazax şəhərinə gələn dövlət başçısı Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək abidə önünə gül dəstəsi qoyub.

Prezident parkda aparılmış abadlıq-quruculuq işləri ilə də tanış olub. Məlumat verilib ki, Heydər Əliyev elm mərkəzinin də yerləşdiyi parkda genişləndirmə işləri aparılıb, yaşıllıq zolağı salınıb, dekorativ kollar və güllər əkilib. İndi bura qazaxlıların sevimli istirahət yerlərindən biridir.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti