Türkiyədə Atom Elektrik Stansiyasının inşası ilə bağlı keçiriləcək tenderdə yalnız Rusiyanın "Atomstroyeksport" şirkəti təkliflə çıxış edib. Bu haqda Haber7 agentliyi məlumat verib. Türkiyənin Mersin vilayətində inşa edilməsi planlaşdırılan Atom Elektrik Stansiyası (AES) üzrə tenderdə Rusiyanın "Atomstroyeksport" şirkəti Türkiyənin yerli Park Qrup şirkəti ilə birlikdə təkliflə çıxış edib. Tenderi təşkil edən Türkiyənin TETAŞ şirkətinin rəhbəri Hacı Duran Gökkaya bildirib ki, tenderə qatılmış 13 şirkət arasında yalnız Rusiyanın adıçəkilən şirkəti atom elektrik stansiyasının inşası ilə bağlı konkret təklif təqdim edib.