...

Saakaşvili və Ştaynmayer Rusiya qoşunlarının digər hissəsinin də Gürcüstandan çıxarılması məsələsini müzakirə ediblər

Siyasət Materials 25 Sentyabr 2008 11:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 sentyabr/ Trend , müxbir N.Kirtxaliya/ Almaniya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Nyu-Yorkda keçirilən görüş zamanı Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer bəyan edib.

Görüş bağlı qapılar arxasında keçib və yarım saat davam edib. Danışıqlardan sonra rəsmi bəyanatlar edilməyib.

Gürcüstan nümayəndə heyətinin üzvləri bildiriblər ki, görüş zamanı Avropa Birliyinin münaqişələrin nizamlanması və rus qoşunlarının tam olaraq ölkədən çıxarılmasında Gürcüstana yardım məsələləri müzaikrə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti