...

Həmsədrlikdə qalıb-qalmayacağım mənim şəxsi işimdir - Azərbaycanın müxalifət partiyasının həmsədri

Siyasət Materials 25 Sentyabr 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan müxalifətini təmsil edən sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov partiyanın həmsədrliyindən uzaqlaşdırılacağı ilə bağlı söhbətləri əsassız hesab edir.

"Partiyanın həmsədrliyində qalıb-qalmayacağım mənim şəxsi işimdir", - Mütəllibov cümə axşamı Moskvadan telefonla Trend -a bildirib.

Trend -un arayışı: ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. Sonra barəsində cinayət işi açılıb və 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Sentyabrın əvvəlində ASDP Mərkəzi Komitəsinin iclası keçirilib. ASDP həmsədri Əlizadəni partiyanı idarə edə bilməməkdə ittiham edən və Mütəllibovun yaxın tərəfdarı kimi tanınan Elşən Manafov partiyadan xaric olunub.

Azərbaycan Sosial Demokrat Partiyasının sentyabırn 27-də qurultayı keçiriləcək.

Mütəllibov qiyabi şəkildə uzaqdan-uzağa telefon vasitəsilə partiyaya rəhbərlik etməyin mümkün olmadığını bildirib.

"Son beş ildir ki, partiyaya liderlik etsəm də, mənim vətənə qayıtmaq məsələm həllini tapmayıb. Bakıda olub partiyanı idarə etsəydim, partiya ilə bağlı söz-söhbətlər də olmazdı", - deyə o əlavə edib.

ASDP həmsədri partiyanın növbəti qurultayında qeyri-adi heç bir şey baş verməyəcəyinə əminliyini vurğulayıb.

"Partiyanın sosial-demokratik əqidəsini və ideyasını qəbul edən bütün üzvləri mənim tərəfdarlarımdır. Partiyada ikitirəlik yoxdur", - deyə o bildirib.

Mütəllibov partiyanın daxilində müəyyən proseslərin baş verməsini təbii hal adlandırıb. "Digər müxalifət partiyalarında olduğu kimi bizim də müəyyən çətinliklərimiz var. Bunu heç vaxt gizlətməmişik. Biz demokratik bir partiyayıq", - deyə o bildirib.

O, təəssüflə bildirib ki, növbəti dəfə də qurultayın işinə telefon vasitəsilə qatılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti