...

Pakistan və Əfqanıstan liderləri Türkiyədə görüşəcəklər

Siyasət Materials 26 Sentyabr 2008 13:01 (UTC +04:00)

Trend-i buradan izləyin

Türkiyə prezidenti Abdulla Gülün təşəbbüsü ilə Pakistan və Əfqanıstan prezidentləri yaxın vaxtlarda Türkiyədə görüşəcəklər. Bu barədə CNNTURK xəbər verib.

Türkiyənin vasitəçi rolunda çıxış edəcəyi bu üçtərəfli görüşün keçirilməsi üçün razılıq əldə olunsa da, dəqiq vaxt hələ təyin edilməyib. Pakistan və Əfqanıstan arasındakı görüşlərə keçən il də ev sahibliyi edən Türkiyə iki ölkə arasında terror, sərhədlərin dəqiqləşdirilməsi və digər problemlərin həlli istiqamətində vasitəşi rolu oynamağa çalışır.

Xəbər lenti

Xəbər lenti