...

Türkiyənin Hərbi Hava Qüvvələri 16 PKK hədəfini məhv edib

Siyasət Materials 26 Sentyabr 2008 15:49 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının verdiyi məlumata görə, dünən gecə Türkiyə İraq sərhədindəki Kandil dağında yerləşən 16 PKK hədəfini məhv edilib. Bu barədə CNNTURK məlumat verib.

Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat yerli vaxtla saat 22:00 -dan 00:00 - dək davam edib. Əməliyyatda dinc əhali arasında zərərçəkən olmayıb. Türk qırıcı təyyarələri də heç bir problemlə üzləşmədən öz bazalarına qayıdıblar.

Xəbər lenti

Xəbər lenti