Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının beş terrorçusunu zərərsizləşdirib. Bu haqda Türkiyənin Dünyabülteni agentliyi məlumat verib.
Türkiyənin cənub-şərqindəki Siirt vilayətində Türkiyə Silahlı Qüvvələri ilə PKK terror təşkilatı arasında baş vermiş toqquşmada beş terrorçu öldürülüb. Son məlumata görə, PKK bu regionda Türkiyə Silahlı Qüvvələrinin mühasirəsindədir və vertolyotların dəstəyi ilə antiterror əməliyyatları davam etdirilir.