...

Ergenekon terror təşkilatının İranla əlaqələri olub

Siyasət Materials 27 Sentyabr 2008 11:16 (UTC +04:00)

Türkiyədəki Ergenekon terror təşkilatının İranda qeyri-rəsmi fəaliyyət göstərən təhlükəsizlik təşkilatı MOD ilə əlaqələri olub. Bu barədə Türkiyənin "Timeturk" xəbər agentliyi məlumat verib.

Ergenekon ve MOD Əfqanıstandan Avropa və Amerikaya heroin ixracatında əməkdaşlıq ediblər. İki təşkilat arasındakı bu əməkdaşlığa İranın Türkiyədə olan Əsgər Simko ve Ziya Nazim adlı iki gizli xəfiyyəsi vasitəçilik edib. Daha sonra iki təşkilat arasında münasibətlərin pozulması hər iki xəfiyyənin Ergenekon terror təşkilatı tərəfindən öldürülməsilə nəticələnib. Adıçəkilən İran xəfiyyələrinin 1995-ci ildə Türkiyədə öldürülməsi iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

Xəbər lenti

Xəbər lenti