...

Azərbaycan müxalifəti və bitərəflərinin yeni qurumunun yaradılması üçün danışıqlar davam etdirilir

Siyasət Materials 27 Sentyabr 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan müxalifətini təmsil edən Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn tərəfindən Azərbaycanın tanınmış müxalifət liderləri və bitərəf siyasətçilərinin təmsil olunduğu yeni qurumun yaradılması üçün danışıqlar davam etdirilir.

"Qurumun yaradılması ilə bağlı ümumi niyyət olsa da, hələ də konkret konturları yoxdur", şənbə günü Trend -a Hüseyn bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Bu ilin avqustunda Hüseyn məşhur siyasətçilərdən, bitərəflərdən ibarət mərkəzin yaradılması ilə bağlı təklif hazırladığını bildirmişdi.

Onun sözlərinə görə, prezident seçkisindən sonra müxalifət qüvvələrinin fəaliyyətinin əlaqələndiriləcəyi ilə bağlı fikirləri təqdir edir.

"Müxalifət qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsi üçün yeni bir siyasi mühitin yaranacağını gözləməyə ehtiyac yoxdur. İndiki siyasi mühit oktyabrın 15-dən sonra da davam edəcək", Hüseyn əlavə edib.

Prezident seçkisini boykot etmiş bəzi müxalifət partiyalarının indiki dövrdə icazəsiz aksiya keçirmək niyyətində olduqlarına münasibət bildirən millət vəkili icazəsiz aksiyanın keçirilməsi təşəbbüsü ilə çıxış etmədiyini bildirib.

""Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunda icazəli aksiya anlayışı yoxdur. Qanunda nəzərdə tutulmuş bəzi hallarda Bakı Şəhər İcra Hakimiyyəti kütləvi tədbirin keçirilmə yerinə və vaxtına dəyişiklik edə bilər", - deyə Hüseyn əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti