Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirli bilinən qadın tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend - a verilən məlumata görə, sentyabrın 27 - də Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində Manya Qasımova, insan alverilə məşğul olaraq, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]