...

Bakıda dələduzluq etmiş şəxs Rusiyada tutulub

Siyasət Materials 29 Sentyabr 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakıda üç il əvvəl dələduzluq etmiş şəxs Rusiyada tutulub.

Qaradağ rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend -a verilən məlumata görə, Bakının Qaradağ rayonunda xeyli miqdarda pul mənimsəməkdə təqsirləndirilən və Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178 - ci) maddəsi ilə barəsində axtarış elan olunan 29 yaşlı Vüqar Cəbrayılov bir neçə gün əvvəl Rusiya Federasiyasında yerli milis tərəfindən tutulub.

Rayon Polis İdarəsindən bildiriblər ki, Cəbrayılov 2005 - ci ildə dələduzluq yolu ilə bir vətəndaşdan xeyli miqdarda pul alaraq mənimsəyib və həmin ildən onun barəsində axtarış elan edilib.

Faktla bağlı Qaradağ RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. İstintaq aparıldığı üçün polis idarəsindən zərərçəkənin adını açıqlamadılar.

Hazırda Cəbrayılıovun Bakıya gətirilib, istintaqa təhvil verilməsi üçün tədbirlər davam etdirilir.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər yaxud da iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti