Azərbaycan, Bakı, 01 oktyabr/ Trend / ABŞ Dövlət Katibinin birinci müavini Con Neqroponte (John D. Negroponte) Bakıya gəlib, - çərşənbə günü ABŞ - ın Azərbaycandakı səfirliyindən Trend - a bildiriblər. Neqroponte Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, təhlükəsizlik, strategiya sahəsində geniş məsələlər spektrini, həmçinin, Rusiya - Gürcüstan münaqişəsini müzakirə edəcək. ABŞ Dövlət Katibinin birinci müavini Azərbaycan hökumətinin və respulikanın biznes - dairələrinin nümayəndələri ilə görüşəcək. |
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]