Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu barədə ABŞ Dövlət katibinin müavini Con Neqraponte Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib.
"Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında danışıqlar prosesini sürətləndirmək lazımdır", - deyə o bildirib.
Neqraponte istehsalçı və enerji resurslarını tranzit edən ölkə kimi Azərbaycanın rolunun mühüm olduğunu qeyd edib.
Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Nazir Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi və məcburi köçkünlərin doğma yerlərinə qayıtmasının vacibliyini qeyd edib.
Görüşdə ölkələr arasında hazırki ikitərəfli əməkdaşlıq və onun perspektivləri barədə rəylər səsləndirilib, Azərbaycan və ABŞ arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend