...

Kürdüstan dövlətinin yaranması yeni milli münaqişəyə yol aça bilər

Siyasət Materials 7 Oktyabr 2008 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ , müxbirlər R.Hafizoğlu, B.Həsənov/ İraq kürdlərinin ölkənin şimalında Kürdüstan dövlətinin yaranmasını istəmələrinə baxmayaraq, bu dövlətin yaranması yeni milli münaqişələrə təkan verə biləcəyi üçün, qonşu dövlətlər buna imkan verməyəcəklər.

"İraq kürdlərinə Kürdüstan dövlətinin yaransasına imkan verilməyəcək" - deyə, İraqlı millət vəkili Fövzi Əkrəmoğlu bildirib.

Şimali İraqın Kürd adminstrasiyasının başçısı Məsud Bərzani keçirdiyi mətbuat konfransında regionda yaxın vaxlarda münasib bir zamanda kürd vövlətinin yaradılacağını bildirirb. "Kürdüstan dövlətinin yaradılması kürdlərin haqqıdır və burda heç bir problem yoxdur" - deyə Bərzani bildirirb. Bu haqda Türkiyənin Dünyabulteni informasiya agentliyi oktyabrın dördündə məlumat verib.

1979 - cu ildə İran və İraq arasında başlayan müharibə nəticəsində , Səddam regminidən narazı olan şiə və kürdlərin, ölkədə geniş miqyaslı etiraz aksiyaları keçirməsinə baxmayaraq, bu qüvvələrin etiraz aksiyaları rejim tərəfindən xüsusi amnsızlıqla yatrıldı.1988 - ci ilin mart ayında isə, Səddam rejimi İran sərhədinə yaxın Hələbçə məntəqəsində yaşayan kürdlərin İranın təsir dairəsinə düşdüyünü bəhanə edərək və Tehrana, əldə etdiyi kimyəvi silahı nümyiş etdirmək üçün, bölgədə kürdlərə qarşı etnik təmizləmə həyata keçirdi. İran - İraq müharibəsi başlayandan, ilkin mərhələdə İraq kürdərinin müdafəsinə qalxan, daha sonra isə, regionda Kürdüstan dövlətinin yaradılması iddiası ilə çıxış edən İraqda , Suriyada və 1984 - cü ildən etibarən Türkiyədə terror aksiyaları həyata keçirimyəyə başlayan RKK təşkilatı yarandı. Daha sonra kürdlərin bir qismi regionda kürd dövlətinin yaranması üçün silahlı mübarizəyə əl atdılar.

Ekspertlər hesab edirlər ki, kürd rəsmilərinin Kürdüstan dövlətinin yaranması haqda bəyanatlarına baxmayaraq, regionda belə bir dövlətin yaranması qeyri - mümkündür.

Türkiyə kəşfiyyatının keçmiş rəhbəri Mahir Kaynakın sözlərinə görə, regionda kürd dövlətinin yaranması mümkün deyil, onlar, sadəcə, əllərində olan neftə əsaslanaraq belə bəyanatlarla çıxış edirlər.

"Kürdlərin qonşu dövlətlərlə bir çox problemləri var . Nə Türkiyə, nə də qonşu Suriya və İran bu dövlətin yaranmasına imkan verməz"- deyə, Kaynak bazar ertəsi İstanbuldan Trend - a bildirib.

Kürd dövlətinin yaranması, öz növbəsində, regionda yeni milli münaqişənin yaranmasına ravac verə bilər.

2003 - cü ildə Səddam regiminin ABŞ və koalisiya qəvvələri tərəfindən devrilməsi nəticəsində, kürdlər İraq idarəçiliyndə yer aldılar və kürd lideri Cəlal Tələbani İraq prezidenti seçildi və kürdlərə neftlə zəıngin olan İraqın şimalında özünüidarə hüququ verildi. Bundan sonra kürdər rəsmi dairələrdə Kürdüstan dövlətinin yaranması iddiası ilə çıxış etməyə başladılır.

Ekspert hesab edir ki, Kürdüstan dövlətinqin yaranması ilə Türkiyə bu ölkəyə qarşı iqtisadi embarqo tətbiq edəcək. " Türkiyə kürdləri öz xalqı kimi qəbul edir. Kürd dövləti qurulsa belə, bu dövlət yaqda qala bilməyəcək, ona görə də Ankaranın bu dövlətə qarşı hər hansı bir hərbi əməliyyat keçirməsinə ehtiyac yoxdur "- deyə o bildirib.

İraqlı millət vəkili Əkrəmoğlu da hesab edir ki, regionda kürd dövlətinin qurulmasına İraq höküməti imkan verməyəcək. Millət vəkilinin sözlərinə görə, kürdər arasında bu dövlətin qurulmasının əleyhinə olanlar da var və kürldər bu məsələdə yekdil fikrə sahib deyillər; islamçı kürdlər belə bir dövlətin qurulmsının əleyhinədirlər.

"İraq ərəb, kürd , türkmən şiə və sünnilərin birgə yaşadığı bir bölgədir. Burada bir millətin maraqları digərindən üstün tutula bilməz deyə" - Əkrəmoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti