...

Azərbaycan prezidentinin cənub bölgəsinə səfəri başlayıb

Siyasət Materials 7 Oktyabr 2008 15:11 (UTC +04:00)

Azяrbaycan, Bakı, 07 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 7-də Biləsuvar rayonuna (paytaxt Bakıdan 150 kilometr cənubda) səfəri başlayıb.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə ümummilli liderin adını daşıyan Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

Biləsuvarlıların istirahət guşələrindən olan parkda orijinal fəvvarələr yaradılıb, dekorativ gül kolları və ağaclar əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada uşaqların əylənməsi üçün də lazımi şərait yaradılıb

Parkda həmçinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə kompleks yaradılıb.

İlham Əliyev Biləsuvar şəhərində Heydər Əliyev Muzeyi ilə tanış olub.

Muzeydə ümummilli liderin uşaqlıq və gənclik illərinə, sovet dövründəki fəaliyyətinə və müstəqil Azərbaycana rəhbərliyi dövrünə aid, habelə Biləsuvara səfərlərini əks etdirən fotoşəkillər toplanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti