...

Azərbaycan prezidenti Rusiya hökumətinin sədri Vladimir Putini ad günü münasibətilə təbrik edib

Siyasət Materials 7 Oktyabr 2008 21:33 (UTC +04:00)

Azяrbaycan, Bakы, 07 октйабр / "Trend  News" /  Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng edib.

Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin təbrikə və göstərilən diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Azərbaycan prezidentinin Rusiya Federasiyasına bu yaxınlarda etdiyi səfərin ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti