...

İspaniyada yaşayan Azərbaycan vətəndaşları prezident seçkisində İlham Əliyevi dəstəkləyəcəklər

Siyasət Materials 9 Oktyabr 2008 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir C.Babayeva/ İspaniyada yaşayan Azərbaycan vətəndaşları prezident seçkisində Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəklər.

İspaniyada fəaliyyət göstərən Azərbaycan -Türk Mədəniyyət Cəmiyyətinin prezident seçkisinə həsr olunmuş tədbirində İspaniyada yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində Azərbaycanın beynəlxalq aləmdə nüfüzunun artmasına və mövqelərinin möhkəmlənməsinə istiqamətlənən siyasi kursu, siyasi sabitlik və iqtisadi yüksəlişin təminatçısı olan İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycan - Türk Mədəniyyət Cəmiyyəti Azərbaycanın İspaniyadakı Səfirliyi vasitəsilə zəzuri təbliğat materialları əldə edərək, YAP- ın namizədi İlham Əliyevin platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdırır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti