...

Əfqanıstanda qadın jurnalistərin vəziyyəti ilə bağlı narahatdırlar

Siyasət Materials 9 Oktyabr 2008 19:34 (UTC +04:00)
Əfqanıstanda qadın jurnalistərin vəziyyəti ilə bağlı narahatdırlar

Əfqanıstan, Kabil, 09 oktyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanın Jurnalistlərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədrləri qadın jurnalistərin vəziyyəti ilə bağlı narahatdırlar.

Cənubi Asiya Jurnalistləri Birliyi cümə axşamı Əfqanıstanda jurnalistlərin hüquqlarının müdafiəsi üzrə ofis açıb. їSon vaxtlar qeyri - sabitlik, aşağı mədəniyyət və dini mövhumatla bağlı qadın jurnalistərin sayı azalırї, - Beynəlxalq Jurnalistlər Mərkəzinin sədri Rəhimulla Səməndər Trend -a bildirib.

Səməndərin rəyinə görə, qadınların mətbuatda işinə maneə törədən digər amil cinsi əlamətə görə diskriminasiya və Əfqanıstanda bərqərar olmuş patriarxallıqdır. Səməndərin rəyinə görə, hazırda Əfqanıstanda jurnalistlərin sayı 2000 - ə çatır. Bunun 350 - si qadındır və onların sayı daim azalır.

Əfqanıstanın 18 dairəsində qadınlar şəraitin yoxluğu ilə əlaqədar işdən imtina etməli olublar. O bildirib ki, Cənubi Asiya Jurnalistləri Birliyinin jurnalistika sahəsində çalışan qadınların peşəkar təliminə yardım edəcəyinə ümid edir. Son zamanlar terrorçular bir neçə qadın jurnalisti öldürüblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti