...

İran -ABŞ münasibətlərində əldən verilmiş fürsətlər- Trend News -un eksperti

Siyasət Materials 10 Oktyabr 2008 18:15 (UTC +04:00)

Dalga Xatınoğlu, Trend - un Fars redaksiyasının rəhbəri

Oktyabrın sonunda Amerikanın Orta Şərqdə hərbi qüvvələrinin Baş komandanı vəzifəsində xidmət edəcək general Devid Petreus cümə axşamı verdiyi bəyanatında ABŞ hökümətinin "düşmənlər" ilə müzakirələrə başlamağın qaçılmaz olduğunu bildirib.

Petreus bəyanatında konkret olaraq hansı düşməni nəzərdə tutduğunu bildirməyib, lakin Əfqanıstandakı siyasi proseslər, Talibanın güclənməsi, Əfqanıstan prezidentinin Səudiyyə Ərəbistanı kralından Taliban və Əfqanıstan höküməti arasında vasitəçilik etməsi ilə bağlı müraciəti göstərir ki, general Petreusun nəzərində olan "düşmənlər" -in biri Talibandır.

ABŞ Taliban terror təşkilatı ilə müzakirələrin zəruriliyi fonunda, digər düşməni İranla müzakirələrin heç bir məntiqi yoxdur.

Əslində, ABŞ İrana "hərbi müdaxilə" variantından əl çəkməyincə, İranda radikal qüvvələrin güclənməsi davam edəcək və hətta rəsmi Tehranı nüvə silahı istehsal etməyə sövq etdirəcək.

İran 1980 - ci ildən bəri ABŞ - la əlaqələrini kəssə də, dəfələrlə iki ölkə münasibətlərində buz divarın əriməsi üçün tərəflər müəyyən cəhdlər göstərib, lakin bütün səylər böhranın dərinlşməsi və etimadsızlığın artması ilə nəticələnib.

Sabiq prezidentlərdən fərqli olaraq, İranın indiki prezidenti Mahmud Əhmədinejad İran hökumətində böyük nufuza malikdir və konkret addımlar atacaq qədər cəsarətlidir. Həmçinin, ABŞ beynəlxalq ictimaiyyətdə nüfuzunu itirib və İrana güzəştə getməyə daha meylli ola bilər. Tərəflərin, hər iki ölkədə növbəti prezident seçkilərinin nəticəsini gözləmədən, qarşılıqlı əlaqələrin bərpası yollarını axtarmaları daha faydalı olardı.

İranda1979 - cu il islam inqilabından sonra hakimiyyətdə olan Mehdi Bazərqan Amerika diplomatları ilə Əlcəzairdə görüşündə Amerikda müalicə olunan İranın sabiq şahının rəsmi Tehrana təhvil verilməsi şərtilə, ABŞ - İran münasibətlərinin normallaşacağını vəd etmişdi. ABŞ - ın indiki müdafiə naziri Robert Qeyts keçən həftə Milli Müdafiə Universitetindəki çıxışında bu haqda bildirib ki, prezident Cimi Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqniew Bzejinski İran rəhbərlərinin təşəbbüsünü qəbul etməyib. Iki həftə sonra, ABŞ -ın Tehrandakı səfirliyi işğal olunub.

Digər tərəfdən, sabiq prezident Məhəmməd Xatəminin hakimiyyətdə olduğu dövrdə də, iki ölkənin münasibətlərinin bərpası üçün tərəflər müəyyən addımlar atmağa çalışıblar. Bill Klintonun ikinci dövr prezidentliyində XİN rəhbəri Madlen Olbrayt, rəsmi Vaşinqtonun 1953 - cu ildə İranın Baş naziri Məhəmməd Müsəddiqə qarşı dövlət çevrilişi etməsini təsdiq edərək, rəsmi Tehrandan üzr istədi, buna baxmayaraq, İran tərəfi bu müsbət addıma etinasız yanaşdı. Iki ölkənin qeyri - rəsmi (lakin nüfuzlu ) nümayəndələri 1999 -2002 - ci illərdə 18 görüş keçirərək, iki ölkənin münasibətlərini müzakirə etdilər. Müzakirələrin sonu Fələstinə göndərilmiş gəmidə 50 ton silahın İsrail tərəfindən tutulması, bu silahların İrana məxsus olduğunun elan edilməsi və prezident Buşun rəsmi Tehranı "şər mənbəyi" adlandırması oldu.

Digər tərəfdən, İran rəsmiləri 2001- ci ildə ї ABŞ -ın Əfqanıstana hücumu zamanı - İrana sığınmış 300 Əl -Qaidə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətini BMT- yə təhvil verməsi, onları öz ölkələrinə deportasiya etməsi və bəzilərindən istintaq aparmaq üçün ABŞ - a icazə verməsi də iki ölkə arasında soyuqluğu aradan qaldırmadı. ABŞ İranda olan Əl - Qaidə təşkilatının bütün üzvlərinin deportasıya olunmamasını bildirdi, İran bunu inkar etməsə də, qalanların ev dustağı olduğunu bəyan edir.

Hər halda, onlarla fürsəti və imkanı qaçıran iki ölkə, hazırda ən azı, müzakirələrin başlamasına müəyyən addımlar ata bilər. ABŞ XİN idarəsi ilk dəfə olaraq, qeyri - rəsmi fəaliyyət göstərən їAmerika iranlılıları Şurasına rəsmi Tehranda ofis açmağa icazə verib və digər tərəfdən, rəsmi Vaşinqton İranda ABŞ їın mənafeini müdafiə edən ofisin açılmasına razılığını bildirib. Bu addımlar hər iki tərəf üçün böyük fürsətdir.

Təəssüf ki, hər iki ölkə münasibətlərindəki həssas məqamlarla oynayır . İran uranın zənginləşdirilməsini davam etdirir, ABŞ İranın iqtisadiyyatını iflic etməyə çalışmaqla, hökuməti devirmək niyyətindədir. Hər iki ölkə gərgin məqamlardan uzaqlaşıb, müştərək mənafeləri üzərində də müzakirə apara bilər.

İraqın təhlükəsizliyi ilə bağlı dəfələrlə rəsmi müzakirələr keçirən İran və ABŞ rəsmiləri, öz təhlükəsizlikləri ilə də bağlı rəsmi müzakirələr aparmaları heç də pis olmazdı.

Xəbər lenti

Xəbər lenti