...

Azərbaycanda prezident seçkisində 800 məntəqədə "exit-poll" keçiriləcək

Siyasət Materials 13 Oktyabr 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda prezident seçkisində 118 seçki dairəsinin 800 məntəqəsində "exit-poll" keçiriləcək. "Məntəqələrdə "exit-poll" tədqiqatının həyata keçirilməsinə 1600 intervüer, 220 supervayzer, 100 telefonçu və eyni sayda kömpüter operatoru cəlb edilib", bu barədə bazar ertəsi Trend -a "ELS" Müstəqil Araşdırmalar Mərkəzindən məlumat verilib.

Trend -un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycanda їexit-pollї tədqiqatı 4-cü, їquick-countї isə ikinci dəfədir həyata keçirilir.

"Exit-poll" və "quick-count"i "ELS" Müstəqil Araşdırmlar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası birgə keçirəcək.

"ELS" Müstəqil Araşdırmlar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası "exit-poll" və "quick-count" tədqiqatlarını keçirməyə tam hazırdır. Tədqiqatın keçirilməsi üçün bütün hazırlıq işləri başa çatdırılıb. "Exit-poll" və "quick-count" tədqiqatı üçün lazım olan bütün sənəd və ləvazimatlar hazırlanaraq tədqiqatın keçiriləcəyi məntəqələrə göndərilib", - deyə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, mərkəzdə tədqiqatın keçirilməsinə bir-başa nəzarət edəcək 100 nəfərə yaxın komanda-qərargah heyəti fəaliyyət göstərəcək. "Exit-poll" aparılan məntəqələrdə paralel olaraq "quick-count" tədqiqatı da həyata keçiriləcək. "Quick-count"u həyata keçirəcək heyət də eyni mərkəzdən idarə olunacaq. Bu işə isə 800 müşahidəçi cəlb edilib.

Tədqiqat çərçivəsində 120-160 min anketin toplanması gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti