...

Qazaxıstanda Azərbaycan prezidenti seçkisində azərbaycanlıların fəal iştirakı müşahidə olunur

Siyasət Materials 15 Oktyabr 2008 11:47 (UTC +04:00)

Qazaxıstan, Astana, 15 oktyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstanda yaşayan azərbaycanlıların 25 faizi, bir qayda olaraq, Azərbaycan prezidenti seçkisində səs veriblər.

"İndiyədək Qazaxıstanda yaşayan 300 - dən çox Azərbaycan vətəndaşından təqribən

70-i səs verib", - deyə çərşənbə günü Trend -un xüsusi müxbirinə Astanadakı seçki məntəqəsinin sədri Hatəm Həsənov bildirib.

Qazaxıstanda iki seçki məntəqəsi yaradılıb : Astanada - Azərbaycanın bu ölkədəki səfirliyində və Aktaudakı baş konsulluqda. Məntəqələr yerli vaxtla saat 08:00 - da açılıb.

Səhər saat səkkizin yarısından yeddi beynəlxalq müşahidəçi Astanadakı məntəqəyə gəlib və onlar səsvermə üçün lazım olan bütün atributları yoxlayıblar.

Aktaudakı səsvermə də analoji rejimdə keçir.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti