...

Azərbaycanın kütləvi informasiya vasitələri seçkiqabağı vəziyyəti kifayət qədər işıqlandırmır - ATƏT DİİHB - nin direktoru

Siyasət Materials 15 Oktyabr 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir D.İbrahimova/ Azərbaycanda keçirilən prezident seçkisini müqşahidə edən ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) direktoru Jan LenarçiçAzərbaycanın kütləvi informasiya vasitələri tərəfindən seçkiqabağı vəziyyətin kifayət qədər işıqlandırılmamasını qeyd edib və seçki komissiyalarının tərkibindən narazılığını ifadə edib.

"Seçkiqabağı fəaliyyət barədə təəssüratlar əvvllər açıqlanan seçki öncəsi hesabtlarda əksini tapıb. Hazırda bizim missiyanın seçki məntəqlərinə daxil olması üçün heç bir problem yoxdur", - deyə Lenarçiç bildirib.

Onun sözlərinə görə, ATƏT-in DİİHB - nin missiyası seçki məntəqələrinin yarısından çoxuna baş çəkəcək. "Biz hələ ki, seçki ilə bağlı təəssüratlarımızı danışa bilmərik", - deyə o bildirib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov əvvəllər telekanalları veb - kameraların quraşdırıldığı seçki məntəqələrindən birbaşa yayım aparmağa çağırıb.

MSK jurnalistləri, qanun pozuntusu aşkarlandığı təqdirdə, müvafiq instansiyalara müraciət etməyə çağırıb.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti