Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir E.İsmayılov/ "Yerli AVCIYA Qeyri -Hökumət Təşkilatı (QHT) və ELS Müstəqil Araşdırmalar Mərkəzinin apardığı exit-poll-un yerli vaxtla saat 11:00 - a olan nəticələrinə görə, Azərbaycan prezidenti seçkisində seçicilərin fəallığı 20,2 faiz təşkil edib", - deyə Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib.
"Exit-poll ölkənin bütün seçki dairələrini əhatə edən 800 seçki məntqəsində aparılır", - deyə Yaqubova bildirib.
Onun sözlərinə görə, 11:00 - dək hazırlanan informasiyaların 98 faizi alınıb.
Saat 13:00 - da seçki məntəqələrindən informasiya qəbulu üzrə ikinci mərhələ başlanıb.
Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, inidki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]