...

Saat 15-00-dək Naxçıvan Muxtar Respublikasında seçicilərin 57 faizi səs verib

Siyasət Materials 15 Oktyabr 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 15 oktyabr/ Trend , müxbir E.Məmmədov/ Saat 15-00-dək Naxçıvan Muxtar Respublikasında seçicilərin 57 faizi səs verib.

Bu barədə Trend -un bölgə müxbirinə Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər. Şöbənin əməkdaşı Ramil Sadıqov bildirib ki, 316 seçki məntəqəsi üzrə 140 minə yaxın seçici öz səsvermə hüququndan istifadə edib.

Trend -un arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Seçici fəallığı isə 4 saylı Naxçıvan şəhər Seçki Dairəsində müşahidə olunub. Dairə üzrə seçicilərin 57,5 faizi artıq səsvermədə iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti