...

Bərdə rayonunda bir seçici ailə üzvləri adından səs verməyə cəhd göstərib

Siyasət Materials 15 Oktyabr 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir Ş.Cavadsoy/ Azərbaycanın cənub-qərbində yerləşən (paytaxt Bakıdan 320 kilometr aralı) 94 saylı Bərdə Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində bir seçici ailə üzvləri adından səs verməyə cəhd göstərib. Bu barədə Trend -a seçkidə müşahidə aparan "Azad, Şəffaf, Ədalətli Seçkilər" Koalisiyasının (AŞƏS) təsisçilərindən biri, "Azərbaycanda Regional İnkişaf Mərkəzi"nin sədri Çingiz İsmayılov məlumat verib.

Trend -un arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Onun sözlərinə görə, bu qanun pozuntusunun qarşısı AŞƏŞ-in müşahidəçiləri tərəfindən alınıb.

Saat 16:00-a olan məlumata görə, ölkə üzrə prezident seçkilərində iştirak edən seçicilərin sayı 54,5 faizə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti